Nijnekamska PUA hücumu: 78 nəfər xəsarət alıb
Nijnekamska pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücum nəticəsində 78 nəfər xəsarət alıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tatarıstan rəhbəri Rüstəm Minnixanov məlumat verib.
Onun sözlərinə görə, xəsarət alanlardan 25 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisənin digər detalları barədə əlavə məlumat verilməyib.
19:26 10.08.2026
Oxunuş sayı: 39