Rusiyada yeni texnologiya işə salınır: İctimai nəqliyyatda süni intellekt dövrü
Rusiya Prezidenti Vladimir Putin ictimai nəqliyyatın fəaliyyətinin səmərəliliyinin artırılması üçün süni intellekt imkanlarından daha fəal istifadə etməyə çağırıb.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir ki, Putin süni intellekt texnologiyalarının ictimai nəqliyyatın idarə olunması və fəaliyyətinin optimallaşdırılmasında daha geniş tətbiqinin vacibliyini vurğulayıb.
Rusiya liderinin sözlərinə görə, müasir texnologiyalardan istifadə nəqliyyat xidmətlərinin səmərəliliyinin artırılmasına və sərnişinlər üçün xidmətlərin yaxşılaşdırılmasına imkan verə bilər.
18:38 10.08.2026
Oxunuş sayı: 41