İsrail rəsmisi: "Məkkə Alyansı” təhlükəlidir
İsrailin Diaspor İşləri naziri Amichai Çikli Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasındakı əməkdaşlığı təhlükəli inkişaf kimi qiymətləndirib. O, bu ittifaqın İsrail üçün ciddi nəticələrə səbəb ola biləcəyini bildirib. Çikli İsrailin bölgədə yeni ittifaqlar qurmasının vacibliyini vurğulayıb.
Crossmedia.az xəbər verir ki, İsrailin Diaspor İşləri naziri Amichai Çikli “Məkkə Alyansı”nı “çox təhlükəli və çox narahatedici inkişaf” adlandırıb.
Çikli bildirib ki, Səudiyyə Ərəbistanının Pakistanla müdafiə müqaviləsindən sonra Türkiyə ilə əməkdaşlığın inkişaf etməsi İsrail üçün ciddi narahatlıq doğurur. O, İsrailin Yunanıstan, Kipr, Birləşmiş Ərəb Əmirlikləri və Somaliland ilə ittifaqlarını dərinləşdirməli olduğunu, həmçinin sünni ittifaqına qarşı yeni addımlar atmalı olduğunu qeyd edib.
16:12 10.08.2026
Oxunuş sayı: 49