"Təhsil TV" fəaliyyətini genişləndirir
Azərbaycanda təhsil sahəsində ilk internet televiziya platforması olan tehsil.tv rəsmi saytı üzərindən yayıma başlayır.
Crossmedia.az xəbər verir ki, yeni platforma təhsil sahəsinə aid xəbərlərin, video materialların, verilişlərin, qısa videoların və canlı yayımların vahid sistemdə toplanmasını təmin edir.
Platformanın əsas məqsədi təhsil mühitini zənginləşdirmək, şagird, tələbə, valideyn və müəllimlərin keyfiyyətli tədris resurslarına əlçatanlığını artırmaq, təhsildəki yenilikləri operativ şəkildə ictimaiyyətə çatdırmaqdır.
İstifadəçilər kompüter, planşet, smartfon və Smart TV vasitəsilə platformaya rahat daxil ola, xəbərləri oxuya, videolara baxa və canlı yayımları izləyə bilərlər.
Tehsil.tv YouTube inteqrasiyası sayəsində təhsil tədbirləri, müsahibələr, müzakirələr, konfranslar və xüsusi proqramları real vaxt rejimində təqdim edir.
Platformada məzmun 6 əsas bölmə üzrə strukturlaşdırılıb: Xəbərlər, Press-relizlər, Shorts, Verilişlər, Kəşf et, Canlı yayım.
Qeyd edək ki, tehsil.tv texniki baxımdan yalnız xəbər portalı deyil, təhsilə fokuslanan tam funksional rəqəmsal media və internet televiziya platformasıdır.
13:17 10.08.2026
Oxunuş sayı: 39