Vardanyanın arvadı Bakıya səfər planını AÇIQLADI – İrəvandan cavab gözləyir
Azərbaycanın Qarabağ bölgəsində ləğv edilmiş separatçı rejimin keçmiş "dövlət naziri" Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend Ermənistan Xarici İşlər Nazirliyindən onunla görüş üçün hələlik heç kimin əlaqə saxlamadığını bildirib.
Crossmedia.az xəbər verir ki, "Sputnik Ermənistan" bu barədə məlumat yayıb.
Zonabend açıq məktubunda görüşün təşkili üzrə məsul qurum kimi Ermənistan Xarici İşlər Nazirliyinin müəyyən edilməsini müsbət qiymətləndirdiyini qeyd edib.
O, məsul vəzifəli şəxsin əlaqə məlumatlarını almağı gözlədiyini və görüşün keçirilməsinə ümid etdiyini bildirib.
12:57 10.08.2026
Oxunuş sayı: 46