Tatarıstanda PUA hücumu: ölənlər var
Tatarıstanın Nijnekamsk şəhərinə səhər saatlarında pilotsuz uçuş aparatları ilə hücum edilib, sənaye və mülki obyektlərə zərbələr endirilib.
Crossmedia.az xəbər verir ki, Nijnekamsk şəhərinin meri Radmir Belyayev bu barədə məlumat yayıb.
Merin sözlərinə görə, hücum nəticəsində ölənlər var. Saat 08:37-də verilən məlumata görə, PUA hücumu hələ davam edirdi. Daha sonra şəhərdə hava həyəcanı siqnalının ləğv edildiyi bildirilib.
Tatarıstan rəhbəri Rustam Minnixanov operativ müşavirə keçirərək yaralılara bütün zəruri tibbi yardımın göstərilməsi barədə tapşırıq verib.
Nijnekamska əlavə tibbi briqadalar göndərilib. Kazandakı Respublika Klinik Xəstəxanasından beş multidissiplinar briqada, qonşu Naberejnıye Çelnı şəhərindən isə bir briqada bölgəyə yollanıb.
Nijnekamsk Mərkəzi Rayon Xəstəxanasında yaralılara tibbi yardımın təşkili üçün operativ qərargah yaradılıb.
11:12 10.08.2026
Oxunuş sayı: 46