Kaluqa vilayətində 16 PUA vurulub
Gecə saatlarında Rusiyanın Kaluqa vilayəti üzərində 16 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Crossmedia.az xəbər verir ki, Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa bu barədə “Telegram” kanalında məlumat yayıb.
Qubernatorun sözlərinə görə, pilotsuz uçuş aparatları Borovski, Xvastoviçski, Suxiniçski və Ulyanovski rayonları üzərində vurulub.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb və infrastruktur obyektlərinə ziyan dəyməyib.
Hazırda hadisə yerlərində operativ qruplar fəaliyyət göstərir.
09:40 10.08.2026
Oxunuş sayı: 53