İran parlamenti ABŞ və İsrail gəmilərinə Hörmüzdə qadağa qoydu
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası Hörmüz boğazında ABŞ, İsrail və İranın digər düşmən hesab etdiyi ölkələrə məxsus gəmilərin hərəkətinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, “IRIB” bu barədə məlumat yayıb.
“Strateji tədbirlər: Hörmüz boğazının təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi” adlı qanun layihəsinə əsasən, ABŞ, İsrail və İrana qarşı düşmən mövqedə olan digər ölkələrin gəmilərinin boğazdan keçidi qadağan edilə bilər.
Bundan başqa, İsraillə hər hansı şəkildə əlaqəli yüklərin daşınmasına da icazə verilməyəcək.
Sənədə əsasən, Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi İran hökuməti ilə ölkənin silahlı qüvvələri tərəfindən birgə həyata keçiriləcək.
23:54 09.08.2026
Oxunuş sayı: 47