Tramp: İranın iqtisadi vəziyyəti pisləşir
ABŞ Prezidenti Donald Tramp İranın iqtisadi vəziyyətinin ağırlaşdığını və Tehranla razılaşmanın sonda əldə olunacağını bildirib.
Crossmedia.az xəbər verir ki, “Axios” bu barədə məlumat yayıb.
Tramp İranda ABŞ-in həyata keçirdiyi tədbirlərdən danışarkən, “Biz səs-küy salmadan hərəkət edirik”, - deyə bildirib.
“Axios”un yazdığına görə, ABŞ rəsmiləri Trampın bir həftə əvvəl İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasına meylli olduğunu, lakin sonradan onu hələlik gərginliyin azaldılması siyasətinə yönəltməyə inandırdıqlarını bildiriblər.
Tramp İranla danışıqların qismən aparıldığını qeyd edib: “Biz sadəcə İrana baxırıq. Orada böyük inflyasiya var və pul yoxdur”.
ABŞ Prezidenti İranın iqtisadi baxımdan “çox pis vəziyyətdə” olduğunu deyib. O, bunu ABŞ tərəfindən İrana tətbiq edilən dəniz blokadası ilə əlaqələndirib.
Bundan əvvəl ABŞ vitse-prezidenti Cey Di Vens İran hakimiyyətinin ABŞ-lə münaqişənin başa çatmasını istədiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton Tehranla danışıqlarda artıq müəyyən irəliləyiş əldə edib.
Vens həmçinin ABŞ-in İranla münaqişənin Vaşinqtonun şərtləri əsasında başa çatması üçün əlindən gələni edəcəyini açıqlayıb.
23:13 09.08.2026
Oxunuş sayı: 43