Aleyna Tilki pərəstişkarlarına sərt cavab verdi
Türkiyəli müğənni Aleyna Tilki yeni mahnı təqdim etmədiyi üçün onu tənqid edən pərəstişkarlarına sərt cavab verib.
Crossmedia.az xəbər verir ki, sosial media hesabında ard-arda paylaşımlar edən sənətçi “Hani şarkı?” (“Bəs mahnı hanı?”) yazaraq onu tənqid edən izləyicilərinə müraciət edib.
Tilki “Mən yoruldum, yazıram, siz isə ‘mahnı hanı?’ yazırsınız. Mən sizə sevməyi beləmi öyrətmişdim?” ifadələrini işlədib.
Tənqidlərin davam etməsindən sonra müğənni əvvəlki mahnılarından heç bir gəlir əldə etmədiyini və uşaq yaşlarında mahnıları ilə bağlı hüquqlarının başqalarına verildiyini iddia edib.
Aleyna Tilki pərəstişkarlarının münasibətini də tənqid edib.
“Mən səmimi olduğumda, istəklərinizə cavab verdiyimdə məni göylərə qaldırırsınız. Ən kiçik tənqid etdiyim zaman isə daxilinizdəki bütün nifrəti mənə yönəldirsiniz və hər şeyi unudursunuz. Öz ikiüzlülüyünüzlə üzləşin və xahiş edirəm, mənim auditoriyam olmayın. Əslində, mən sizi istəmirəm”, - deyə o bildirib.
18:42 09.08.2026
Oxunuş sayı: 44