Fidan: Rusiya nüvə silahından istifadə edə bilər
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın ekstremal vəziyyətdə nüvə silahına müraciət edə biləcəyini istisna etməyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Fidan bildirib ki, əgər tükəndirici müharibə cəbhədən Rusiyanın daxili ərazilərinə keçərsə və Moskva bunu ekzistensial təhlükə kimi qiymətləndirərsə, Kreml son varianta əl ata bilər.
Türkiyəli nazir qeyd edib ki, bu məsələ Rusiya və Qərb nümayəndələri ilə keçirdiyi təmaslar zamanı da müzakirə olunub.
Fidan vəziyyətin təhlükəli olduğuna diqqət çəkib və vurğulayıb ki, əvvəllər mümkünsüz hesab edilən bir çox ssenari sonradan reallığa çevrilib.
12:04 09.08.2026
Oxunuş sayı: 48