Moskvada hava dəyişir: Temperatur 20 dərəcədən aşağı düşəcək
Moskva vilayətində yaxın günlərdə havanın kəskin soyuyacağı gözlənilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Hidrometeorologiya Mərkəzinin laboratoriya rəhbəri Lyudmila Parşinanın məlumatına görə, gələn həftənin sonuna doğru bölgədə temperatur 16–21 dərəcəyə enəcək.
Onun sözlərinə görə, ən soyuq günlər cümə axşamı və cümə olacaq.
Meteoroloq qeyd edib ki, növbəti həftəsonu isə havanın yenidən istiləşəcəyi gözlənilir.
11:25 09.08.2026
Oxunuş sayı: 46