Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı ilə sazişin İrana qarşı olmadığı açıqlandı
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankara, İslamabad və Ər-Riyad arasında imzalanan müdafiə sazişinin İrana qarşı yönəlmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Tasnim” bu barədə məlumat yayıb.
Fidanın sözlərinə görə, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi texniki baxımdan NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzəyir.
Nazir bildirib ki, saziş çərçivəsində NATO-dakı struktura bənzər nazirlər komitəsi və katiblik fəaliyyət göstərəcək.
Fidan xüsusi olaraq vurğulayıb ki, üç ölkə arasında imzalanan müdafiə sazişi İrana qarşı yönəlməyib.
10:17 09.08.2026
Oxunuş sayı: 49