İspaniya Baş nazirinin “AYAQSIZ” FOTOSU GÜNDƏM OLDU
İspaniyanın Baş naziri Pedro Sançesin ayaqlarının görünmədiyi foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, İspaniyanın "El Mundo" nəşri bu barədə məlumat yayıb.
Baş nazirin mətbuat xidməti "X" sosial şəbəkəsində Sançesin monitor qarşısında əyləşərək komandası ilə əlaqə saxladığı anı əks etdirən foto paylaşıb. Lakin görüntüdə siyasətçinin bədəninin aşağı hissəsinin görünməməsi istifadəçilərin diqqətini çəkib.
Nəşrin məlumatına görə, foto ilə bağlı müxtəlif ehtimallar irəli sürülüb. Əsas versiyalardan biri görüntünün uğursuz redaktə edilməsi olub.
İstifadəçilər fotonu sosial şəbəkələrdə yumorla qarşılayıblar. Daha sonra Sançesin şalvarda göründüyü video da mətbuat xidməti tərəfindən yayımlanıb.
09:16 09.08.2026
Oxunuş sayı: 49