153 PUA Rusiyaya hücum etdi – gecə boyu SƏMADA DÖYÜŞ
Rusiya hava hücumundan müdafiə qüvvələri gecə saatlarında ölkə ərazisi üzərində 153 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə "Telegram" kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, PUA-lar Rusiyanın 14 vilayəti, eləcə də Krasnodar diyarı, Tatarıstan, Moskva vilayəti və Krım üzərində məhv edilib.
Dronların bir hissəsinin Qara və Azov dənizlərinin akvatoriyası üzərində vurulduğu bildirilib.
Rusiya Müdafiə Nazirliyi hücumların Tula, Smolensk, Ryazan, Oryol, Kursk, Voronej, Bryansk, Tver, Samara, Rostov, Lipetsk, Kaluqa, Vladimir və Belqorod vilayətlərinə yönəldiyini açıqlayıb.
09:04 09.08.2026
Oxunuş sayı: 50