Rusiya MN: Bir gün ərzində 360 Ukrayna PUA-sı məhv edilib
Rusiya hava hücumundan müdafiə sistemlərinin bir gün ərzində 360 Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv etdiyi bildirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lar Rusiya ərazisi üzərində, eləcə də Qara və Azov dənizlərinin akvatoriyaları üzərində vurulub.
Hadisələrin hansı istiqamətlərdə baş verdiyi və PUA-ların hansı tipə aid olduğu barədə əlavə məlumat verilməyib. Rusiya Müdafiə Nazirliyinin açıqladığı rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
23:20 08.08.2026
Oxunuş sayı: 54