Bolqarıstanda təhlükəli hadisə: Qaz kəməri yaxınlığında PUA partlayıb
Bolqarıstanda qaz kəməri yaxınlığında pilotsuz uçuş aparatının partladığı bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Rumen Radev açıqlayıb.
Məlumata görə, PUA Rumıniya istiqamətindən Bolqarıstan hava məkanına daxil olub və sərhəddən təxminən 100 metr aralıda partlayıb.
Hadisə yerinin Trans-Balkan qaz kəmərinin iki kompressor stansiyasının yaxınlığında yerləşdiyi qeyd olunur.
Partlayış nəticəsində ölən və xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb. PUA-nın kimə məxsus olduğu hələlik müəyyən edilməyib.
23:00 08.08.2026
Oxunuş sayı: 50