Medvedev Qərbi hədəfə aldı: Ermənistandan istifadə edirlər
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb diplomatiyasını və Ermənistanla bağlı siyasəti tənqid edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Medvedev Minsk razılaşmalarını nümunə göstərərək Qərbin diplomatiyasının özünü tamamilə gözdən saldığını bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri Ermənistanı yalnız Rusiyaya qarşı təsir vasitəsi kimi gördükləri müddətdə ona maraq göstərəcəklər.
“Qərb Ermənistanı Rusiyaya qarşı alət kimi maraqlandırmadığı anda ondan üz döndərəcək”, – deyə Medvedev iddia edib.
Rusiya rəsmisinin açıqlaması Moskva ilə Qərb arasındakı siyasi qarşıdurma fonunda səslənib.
21:40 08.08.2026
Oxunuş sayı: 57