Rusiya Şimali Koreya ilə yeni layihəyə başlayır: Bu dəfə idman əməkdaşlığı
Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubu Şimali Koreya hərbçiləri ilə birgə idman hazırlıqları təşkil etməyi planlaşdırır.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir ki, bunu klubun rəhbəri, polkovnik Artyom Qromov açıqlayıb.
Onun sözlərinə görə, birgə hazırlıq proqramına oxatma və digər idman növləri üzrə məşqlərin daxil edilməsi nəzərdə tutulur.
Qromov bildirib ki, layihə çərçivəsində Rusiya və KXDR hərbçiləri arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
20:10 08.08.2026
Oxunuş sayı: 60