İran Xəzərdə mövqeyini açıqladı: Bütün vasitələrdən istifadə edəcəyik
İran Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın ratifikasiyasının dənizin dibi və yeraltı sərvətlərin bölüşdürülməsi qaydalarına təsir etmədiyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib.
Onun sözlərinə görə, dəniz dibinin və yeraltı ehtiyatların delimitasiyası ayrıca prosesdir və yalnız Xəzəryanı ölkələrin hamısının razılığı ilə həll edilə bilər.
Qəribabadi qeyd edib ki, İran öz dəniz sərhədləri daxilində suveren hüquqlarını qoruyur və digər tərəflərin həmin ərazilərdə qazma işləri aparmasına icazə verməyəcək.
İran rəsmisi vurğulayıb ki, Tehran öz sektorlarını bütün mümkün vasitələrlə müdafiə etməyə davam edəcək.
19:38 08.08.2026
Oxunuş sayı: 49