Rubio: Tramp Azərbaycan və Ermənistan arasında sülh prezidentidir
ABŞ dövlət katibi Marko Rubio Prezident Donald Trampın sülh prezidenti olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Rubio sosial şəbəkədəki paylaşımında Trampın Azərbaycan və Ermənistan arasında sülh prosesində rol oynadığını qeyd edib.
“Düz bir il əvvəl o, Ağ Evdə keçirilən tarixi görüş zamanı Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi. Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyev hər iki ölkə üçün tarixi irəliləyişə yol açan Birgə Bəyannamə imzaladılar”, – deyə Rubio yazıb.

18:38 08.08.2026
Oxunuş sayı: 46