Bolqarıstanda PUA kompressor stansiyasının yaxınlığında partlayıb
Bolqarıstanda pilotsuz uçuş aparatı kompressor stansiyasından təxminən bir kilometr məsafədə partlayıb.
Crossmedia.az xəbər verir ki, "Sputnik Ermənistan" Bolqarıstanın Baş nazirinə istinadən məlumat yayıb.
Baş nazir bildirib ki, PUA ölkə ərazisinə Rumıniyadan daxil olub.
Sosial şəbəkələrdə isə partlayan pilotsuz uçuş aparatının Ukraynaya məxsus ola biləcəyi ilə bağlı iddialar yayılıb.
16:45 08.08.2026
Oxunuş sayı: 53