Ümumdünya Kilsələr Şurası Ermənistan kilsəsindəki vəziyyətdən narahatdır
Ümumdünya Kilsələr Şurası Ermənistan Apostol Kilsəsində baş verənlərlə bağlı narahatlığını ifadə edib.
Crossmedia.az xəbər verir ki, "Sputnik Ermənistan" bu barədə Şuranın bəyanatına istinadən məlumat yayıb.
Şuranın bəyanatında kilsənin daxili işlərinə qanunsuz müdaxilədən narahatlıq ifadə olunub.
Ümumdünya Kilsələr Şurası Ermənistan Apostol Kilsəsinin erməni xalqının mənəvi, mədəni və tarixi həyatında, eləcə də daha geniş xristian ailəsində mühüm rolunu vurğulayıb.
17:07 08.08.2026
Oxunuş sayı: 54