Zelenski Belqradda Vuçiçlə görüşdü
Ukrayna Prezidenti Vladimir Zelenski Serbiyanın paytaxtı Belqradda serbiyalı həmkarı Aleksandar Vuçiçlə görüşüb.
Crossmedia.az xəbər verir ki, "Qazeta.ru" bu barədə Zelenskinin "Telegram" kanalına istinadən məlumat yayıb.
Zelenski görüşün "Serbiya Sarayı"nda keçirildiyini bildirib.
Qeyd edək ki, Zelenski Serbiyaya ilk dəfə rəsmi səfər edib. Ukrayna Prezidentinin ofisinin məlumatına görə, görüşdə Rusiya-Ukrayna münaqişəsi, Serbiyanın Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyi, həmçinin Ukrayna və Serbiyanın Avropaya inteqrasiyası məsələlərinin müzakirəsi planlaşdırılıb.
16:08 08.08.2026
Oxunuş sayı: 68