Rusiya MN: Ukrayna ordusunun 1 375 hərbçisi öldürülüb
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin son sutka ərzində təxminən 1 375 hərbçi itirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, Rusiya qoşunları sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi nəqliyyat və enerji infrastrukturu obyektlərinə zərbələr endirib.
Rusiya hava hücumundan müdafiə vasitələrinin isə "Vampire" reaktiv yaylım atəş sisteminin bir mərmisini, "HIMARS" raketini və 828 PUA-nı məhv etdiyi bildirilib.
15:12 08.08.2026
Oxunuş sayı: 74