Keçmiş deputat qətl sifarişində ittiham olunur
Keçmiş deputat, Artashatın sabiq meri və Ermənistan parlamentinin keçmiş spikerinin oğlu Arqam Abramyan 2023-cü il aprelin 30-da İrəvanda törədilmiş sifarişli qətl işi üzrə saxlanılıb.
Crossmedia.az xəbər verir ki, "Sputnik Ermənistan" bu barədə məlumat yayıb.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Arqam Abramyan həyat yoldaşı Emma Tsarukyana qısqanclıq zəminində dini təşkilat olan "Evangelist xristianlar"ın 54 yaşlı ruhani pastorunun qətlə yetirilməsini mühafizəçisinə sifariş verib. Emma Tsarukyan həbsdə olan siyasətçi və biznesmen Qaqik Tsarukyanın qızıdır.
İstintaqın məlumatına görə, Niderland vətəndaşı olan Sogomon V. İrəvanın Myasnikyan prospektində yerləşən binanın giriş qapısının qarşısında öldürülüb.
Arqam Abramyanın saxlanılmasını Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları həyata keçirib.
Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim olunub.
12:23 08.08.2026
Oxunuş sayı: 55