ABŞ 400 milyon dollarlıq lazer silahı alır
ABŞ Silahlı Qüvvələri dronlara qarşı istifadə ediləcək "Locust" lazer sistemlərinin alınması üçün 400 milyon dollar dəyərində ilk istehsal müqaviləsini imzalayıb.
Crossmedia.az xəbər verir ki, "Bloomberg" bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, müqavilə ABŞ-in texnologiya şirkəti "AeroVironment" ilə bağlanıb. Bu, prototip mərhələsindən çıxaraq istehsala keçən yönləndirilmiş enerji əsaslı dron əleyhinə sistem üçün ABŞ ordusunun imzaladığı ilk istehsal müqaviləsidir.
11:19 08.08.2026
Oxunuş sayı: 51