BMT baş katibi postuna yeni namizədlər irəli sürülə bilər
BMT-nin növbəti baş katibi vəzifəsinə namizədlərin sayının artacağı istisna edilmir.
Crossmedia.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Alimov bu barədə açıqlama verib.
Onun sözlərinə görə, hazırkı namizədlər siyahısı hələ yekunlaşmayıb. Alimov bildirib ki, Uqandanın nümayəndəsi son anda yeddinci namizəd kimi siyahıya qoşulub.
Nazir müavini BMT Təhlükəsizlik Şurasında keçiriləcək qeyri-rəsmi səsvermənin dinamikasından asılı olaraq yeni namizədlərin də ortaya çıxa biləcəyini qeyd edib.
10:54 08.08.2026
Oxunuş sayı: 56