ABŞ İran münaqişəsindən çıxış yolu axtarır
ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Den Keyn Vaşinqtonun İranla münaqişədən çıxmaq üçün yol tapmalı olduğunu düşünür.
Crossmedia.az xəbər verir ki, "CNN" bu barədə mənbələrə istinadən məlumat yayıb.
Mənbələrdən biri bildirib ki, Keyn hazırda münaqişədən çıxış yolu axtarır. Onun fikrincə, gərginliyin daha da artırılması vəziyyəti yalnız ağırlaşdıracaq.
Məlumata görə, ABŞ generalı son həftələrdə Prezident Donald Trampın digər yüksək vəzifəli müşavirlərinə hava zərbələrinin Vaşinqtonun qarşıya qoyduğu məqsədlərə çatmaq üçün kifayət etməyəcəyini bildirib.
Keyn hesab edir ki, münaqişənin daha da genişləndirilməsinə yönəlmiş hərbi variantlar əks nəticə verə bilər.
10:36 08.08.2026
Oxunuş sayı: 46