Moskvaya uçan 6 PUA vurulub
Moskva istiqamətində uçan daha 6 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə Moskva meri Sergey Sobyaninə istinadən məlumat yayıb.
Sergey Sobyanin bildirib ki, PUA-lar Moskva istiqamətində hərəkət edib və hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Onun sözlərinə görə, aparatların qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlərin mütəxəssisləri işləyir.
10:04 08.08.2026
Oxunuş sayı: 65