ABŞ bu ölkəyə 1 milyard dollar ayırır
ABŞ Kolumbiyanın yeni Prezidenti Abelardo de la Espriella administrasiyasına dəstək məqsədilə 1 milyard dollar ayırmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, "ABŞ Dövlət Departamenti" bu barədə açıqlama yayıb.
Məlumata görə, Donald Tramp administrasiyası Konqreslə əməkdaşlıq çərçivəsində vəsaitin Kolumbiyanın yeni rəhbərinə dəstək məqsədilə təhlükəsizlik yardımı paketinə daxil edilməsini planlaşdırır.
Vəsaitin əsasən ABŞ ilə birgə mütəşəkkil cinayətkarlığa və narkotik ticarətinə qarşı mübarizəyə yönəldiləcəyi bildirilir.
Abelardo de la Espriella andiçmə mərasimindən sonra çıxışında Kolumbiyanın ABŞ tərəfindən yaradılan "Amerika Qalxanı" alyansına qoşulacağını açıqlayıb.
09:40 08.08.2026
Oxunuş sayı: 64