ABŞ ordusu dronlara qarşı lazer sistemləri almağa hazırlaşır
ABŞ ordusu pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə üçün 400 milyon dollar dəyərində lazer sistemləri almağı planlaşdırır.
Crossmedia.az ˝Bloomberg˝-ə istinadən xəbər verir ki, Vaşinqton müasir döyüş şəraitində artan dron təhdidlərinə qarşı yeni texnologiyaların tətbiqini genişləndirmək istəyir.
Məlumata görə, alınacaq lazer sistemləri aşağı xərcli və sürətli müdafiə imkanları təmin etməli, xüsusilə çoxsaylı PUA hücumlarının qarşısının alınmasına yönəldilməlidir.
ABŞ ordusunun bu istiqamətdə texnoloji imkanlarını artırmaq üçün yeni layihələr üzərində işlədiyi bildirilir.
00:09 08.08.2026
Oxunuş sayı: 63