Arktikanın gələcəyi uğrunda yarış başlayır: Rusiya planını açıqlayıb
Rusiya BRİKS ölkələrinə Şimal Dəniz Yolunun (ŞDY) inkişafında iştirak etməyi təklif edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdev BRİKS ölkələrinin Hindistanın Caypur şəhərində keçirilən nazirlər görüşündən sonra bildirib.
Onun sözlərinə görə, Moskva BRİKS dövlətlərini Şimal Dəniz Yolunun infrastrukturunun genişləndirilməsinə cəlb etmək istəyir.
“Bu istiqamətdə marşrut boyunca liman və anbar obyektlərinin inkişafı, gəmiqayırma, dəniz texnikasının istehsalı və donanmanın idarə olunması tələb olunur. Biz BRİKS ölkələrini Şimal Dəniz Yolunun inkişafında investorlar, tərəfdaşlar və operatorlar kimi iştirak etməyə dəvət etmişik”, – deyə Qruzdev bildirib.
Qeyd edək ki, Şimal Dəniz Yolu Arktika üzərindən Asiya və Avropa arasında alternativ dəniz nəqliyyatı marşrutu hesab olunur.
23:49 07.08.2026
Oxunuş sayı: 55