İran ABŞ-yə sərt cavab verdi: Əvvəlcə qalib gəlin, sonra danışın
İran Xarici İşlər Nazirliyi ABŞ-nin Tehrana qarşı mövqeyinə cavab verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İran XİN ABŞ-nin əvvəlcə müharibədə qalib gəlməli olduğunu, yalnız bundan sonra İranın qənimətləri barədə danışa biləcəyini bildirib.
İran Vaşinqtonun mümkün iddialarını rədd edərək, ölkənin suverenliyinə və resurslarına yönələn hər hansı təzyiq cəhdlərinin nəticəsiz qalacağını vurğulayıb.
Açıqlamanın hansı ABŞ bəyanatına cavab olaraq verildiyi açıqlanmayıb.
23:38 07.08.2026
Oxunuş sayı: 54