ABŞ İsraili Livandakı gərginliyi azaltmağa çağırıb
ABŞ İsrailə Livandakı gərginliyin azaldılması ilə bağlı çağırış göndərib.
Crossmedia.az xəbər verir ki, “Al Hadath” telekanalının məlumatına görə, Vaşinqton İsrailə bölgədə vəziyyətin sakitləşdirilməsi və Livanla aparılan danışıqlara dəstək verilməsi barədə mesaj çatdırıb.
ABŞ, həmçinin Romada keçirilən İsrail-Livan danışıqlarının uğurla başa çatmasını dəstəklədiyini bildirib.
Vaşinqton Livan da danışıqlar prosesinin müsbət nəticələnməsi üçün dəstəyini ifadə edib.
23:45 07.08.2026
Oxunuş sayı: 55