Somalilandda terror aktı törədilib: azı 13 nəfər ölüb
Somaliland bölgəsinin paytaxtında terror aktı baş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, kamikadze şəhər mərkəzində özünü partladıb.
İlkin məlumatlara əsasən, partlayış nəticəsində azı 13 nəfər həyatını itirib. Hadisə nəticəsində yaralananların olduğu da bildirilir.
Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib. Hadisə ilə bağlı araşdırma aparılır.
23:25 07.08.2026
Oxunuş sayı: 44