Müxalifətin həbslərində adı hallanan şəxsə yüksək vəzifə verilib
Ermənistan Daxili İşlər Nazirliyinin keçmiş rəhbər köməkçisi Artur Xudinyan yeni vəzifəyə təyin olunub.
Crossmedia.az bu barədə ˝Sputnik Armenia˝ -a istinadən xəbər verir.
O, DİN-in Xilasetmə Xidmətinin direktor müavini vəzifəsini tutub.
Məlumata görə, Xudinyan daha əvvəl müxalifət nümayəndələrinin kütləvi həbsləri ilə bağlı proseslərdə adı hallanan şəxslərdən biri olub.
Onun yeni təyinatı ölkədə müzakirələrə səbəb olub.
22:55 07.08.2026
Oxunuş sayı: 52