Ekspert: Ermənistan Aİ-yə üzvlük istəyindən vaz keçmir
Erməni politoloq Qrant Mikaelyan Baş nazir Nikol Paşinyanın Avrasiya Hökumətlərarası Şurasının iclasındakı çıxışını təhlil edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ekspertin sözlərinə görə, Paşinyanın mürəkkəb ifadələri arxasında əsas fikir aydın görünür: Ermənistan Avropa İttifaqına (Aİ) qoşulmaq istəyindən imtina etmir.
Mikaelyan bildirib ki, Paşinyan Ermənistanın yalnız Brüsselin ölkəni qəbul etməyə hazır olmaması səbəbindən Aİ-yə daxil olmadığını göstərib.
Onun sözlərinə görə, İrəvan hazırda Avrasiya İqtisadi Birliyində (AİB) qalır, lakin strateji tərəfdaş kimi Avropa İttifaqına daha çox üstünlük verir.
Ekspert qeyd edib ki, Aİ ilə yaxınlaşma kursunun elan olunması Ermənistanın bir sıra sahələrdə Avropa strukturları ilə daha sıx inteqrasiyasını nəzərdə tutur.
22:43 07.08.2026
Oxunuş sayı: 54