Netanyahu Hindistanın baş nazirinə sosial şəbəkədən təşəkkür edib
İsrail Baş naziri Benyamin Netanyahu Hindistanın Baş naziri Narendra Modiyə dəstəyinə görə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, bunu Netanyahu ˝X˝-dəki paylaşımında bildirib.
“Təşəkkürlər, mənim dostum. Birlikdə İsrail və Hindistan arasındakı əlaqələri daha da gücləndirməyə davam edirik”, – Netanyahu yazıb.
İsrail hökumətinin başçısı iki ölkə arasındakı əməkdaşlığın və əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
22:23 07.08.2026
Oxunuş sayı: 57