Türkiyənin AKINCI-sından güc nümayişi: Ağıllı sursat sınağı uğurla keçib
Türkiyənin istehsalı olan AKINCI zərbə pilotsuz uçuş aparatı (PUA) sınaqlar çərçivəsində ALPAGUT ağıllı sursatları ilə atış həyata keçirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə müdafiə sənayesi sahəsində məlumat yayılıb.
Sınaq zamanı PUA-nın yeni nəsil idarəolunan sursatlardan istifadə imkanları yoxlanılıb. ALPAGUT sisteminin yüksək dəqiqlikli zərbə imkanlarını artırmaq üçün nəzərdə tutulduğu bildirilir.
AKINCI PUA-sı Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanıb və müxtəlif növ sursatlarla təchiz oluna bilir. Ağıllı sursatların inteqrasiyası onun kəşfiyyat və zərbə imkanlarını genişləndirməyə yönəlib.
22:13 07.08.2026
Oxunuş sayı: 52