Pentaqon UFO ilə bağlı yeni görüntülər yayımlayıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UFO/UAP) bağlı yeni video görüntülər yayımlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüntülərin hansı tarixdə və harada çəkildiyi, eləcə də obyektlərin mənşəyi barədə ətraflı məlumat verilməyib.
Pentaqon daha əvvəl də naməlum hava hadisələri ilə bağlı müşahidələri araşdırdığını açıqlayıb və bu cür obyektlərin milli təhlükəsizlik baxımından təhlil edildiyini bildirib.
21:55 07.08.2026
Oxunuş sayı: 57