Rusiya və İrana qarşı "cəhənnəm sanksiyaları": Yeni mərhələ başlayır
ABŞ Senatı Rusiya və İrana qarşı sərt sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinə baxmağa başlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, "Azadlıq Radiosu"nun müxbiri Aleks Raufoğlunun məlumatına görə, sənədlə bağlı yekun səsvermə artıq bu gün keçirilə bilər.
Daha əvvəl Senat 86 səslə 12 səsə qarşı qanun layihəsinin irəlilədilməsini dəstəkləyib. Layihədə Moskvanın Ukraynaya qarşı müharibəsi səbəbindən təzyiqi artırmaq məqsədilə ikinci dərəcəli tariflər və maliyyə məhdudiyyətlərinin tətbiqi nəzərdə tutulur.
Senatda təsdiqlənəcəyi təqdirdə sənəd daha sonra Nümayəndələr Palatasında müzakirəyə çıxarılacaq. Ardınca isə imzalanması üçün ABŞ prezidentinə təqdim ediləcək.
21:16 07.08.2026
Oxunuş sayı: 52