İlon: Starlink Rusiyaya zərbələr üçün istifadə olunmayacaq
"SpaceX" şirkətinin rəhbəri İlon Maskın Ukraynaya Rusiyaya qarşı zərbələrin hədəflənməsində Starlink sistemindən istifadə etməyə icazə vermədiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, "The Atlantic" nəşrinin yaydığı məlumata görə, Mask Kiyevi razılaşmaya çağırır.
Daha əvvəl jurnal yazmışdı ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampdan Maskın Ukraynaya zərbələrin yönləndirilməsi üçün Starlink istifadəsinə icazə verməsinə təsir göstərməsini istəyib.
20:56 07.08.2026
Oxunuş sayı: 54