Rusiya sahillərində təhlükəli anlar: Türkiyə gəmisinə hücum edilib
Türkiyə bayrağı altında üzən yük gəmisinin Rusiyanın cənub-qərbində yerləşən Novorossiysk limanı yaxınlığında dron hücumuna məruz qaldığı bildirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hadisə gəminin liman sahillərində olduğu vaxt baş verib. Hücumun nəticələri, gəmidə hər hansı zərərin və ya xəsarət alanların olub-olmaması barədə hələlik ətraflı məlumat verilməyib.
Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.
20:24 07.08.2026
Oxunuş sayı: 53