Qətər ˝Ənsarullah˝ın hücumlarını pisləyib
Qətər Xarici İşlər Nazirliyi Yəmənin "Ənsarullah" hərəkatının Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə qarşı həyata keçirdiyi hücumları pisləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qətər Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bildirib və hücumlara qarşı ölkənin gördüyü tədbirləri dəstəklədiyini açıqlayıb.
Nazirlik qeyd edib ki, Qətər regionda təhlükəsizlik və sabitliyin qorunmasına önəm verir.
20:08 07.08.2026
Oxunuş sayı: 61