Çeçenistan rəhbərinin oğluna yüksək fəxri ad verilib
Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu Əhməd Kadırova Çeçenistan Qəhrəmanı fəxri adı verilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, mükafatlandırma barədə Çeçenistan hökumətinin sədri Maqomed Daudov məlumat verib.
Daudov bildirib ki, bu ad Əhməd Kadırovun şəxsi xidmətlərinin tanınması ilə bağlı təqdim olunub.
19:46 07.08.2026
Oxunuş sayı: 56