ABŞ Səudiyyə Ərəbistanından neft idxalını dayandırdı
ABŞ-nin Səudiyyə Ərəbistanından xam neft idxalı son 40 ildə ilk dəfə sıfır səviyyəsinə enib.
Crossmedia.az xəbər verir ki, "Bloomberg" bu barədə ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, bu, son 40 ildə ilk dəfədir ki, ABŞ-nin Səudiyyə Ərəbistanından xam neft idxalı tamamilə dayanıb.
Ekspertlərin fikrincə, bu dəyişiklik ABŞ-də daxili neft hasilatının artması, enerji müstəqilliyinin güclənməsi və ölkənin idxal siyasətində baş verən dəyişikliklərlə bağlıdır. ABŞ son illərdə enerji tələbatının daha böyük hissəsini daxili hasilat hesabına ödəyir və idxal mənbələrini şaxələndirir.
17:03 07.08.2026
Oxunuş sayı: 48