Polşa ABŞ hərbçilərinin daimi yerləşdirilməsini istəyir
Polşa Prezidenti Karol Navrotski ölkəsində ABŞ hərbi kontingentinin daimi yerləşdirilməsinə nail olmaq istədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Navrotski bu barədə çıxışında deyib.
O bildirib ki, ABŞ Prezidenti Donald Trampla münasibətlər sayəsində Amerika qoşunlarının Polşada tammiqyaslı mövcudluğu üçün zəmin yaradılıb.
Navrotskinin sözlərinə görə, növbəti mərhələ "Fort Tramp" layihəsinin reallaşdırılmasıdır.
16:54 07.08.2026
Oxunuş sayı: 47