Rubio: Kubaya görünməmiş iqtisadi təzyiq göstəririk
ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonun Kubaya qarşı görünməmiş iqtisadi təzyiq siyasəti həyata keçirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, "Axios" bu barədə məlumat yayıb.
Rubio deyib ki, məqsəd Kuba rəhbərliyinə alternativ çıxış yolunun olmadığını göstərməkdir.
Onun sözlərinə görə, son bir ildə ABŞ Kuba ilə əlaqəli 40 təşkilat və 38 fiziki şəxsə sanksiya tətbiq edib, həkim ixracı proqramını bloklayıb və insan hüquqları məsələsində təzyiqləri artırıb.
16:53 07.08.2026
Oxunuş sayı: 47