İsrail: HƏMAS-la oyun oynamayacağıq
İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon HƏMAS-ın Qəzza zolağında silahların anbarda saxlanılması təklifini rədd edib.
Crossmedia.az xəbər verir ki, Danon bu barədə açıqlama verib.
O bildirib ki, silahsızlanma silahların Qəzza zolağından tam çıxarılması deməkdir.
Danonun sözlərinə görə, yalnız bundan sonra İsrail qoşunlarını ərazidən çıxaracaq və gələcəyin qurulmasına başlanılacaq.
"Biz HƏMAS-la oyun oynamayacağıq", – deyə o vurğulayıb.
15:45 07.08.2026
Oxunuş sayı: 47